Yüklərin siğortalanması

Express Freight Services şirkəti, müştərilərinə yük sığortası xidmətləri təqdim edir. Sığorta proqramı, yük sahibinin tələblərinə, daşınmanın növünə və yükün xüsusiyyətlərinə uyğun olaraq seçilir. Şirkətimiz tərəfindən daşınan yük, daşınma ilə əlaqədar hər hansı bir təhlükəyə qarşı, yük sahibinin xeyrinə "bütün risklərdən qorunma" şərtləri ilə təmin edilir. Bu sığorta, yükün bir gəmidən digərinə yüklənməsi və ya müvəqqəti saxlanması və marşrutun son nöqtəsinə çatdırılması müddətində də tətbiq oluna bilər.

Sığorta faizi, yükün növünə və təhlükəsizlik faktorlarına əsaslanaraq hesablanır. Yükün tam sığortalanması, daşınma yolunun bütün mərhələlərində təmin edilir. Yükün təhvili müştərinin iştirakı ilə həyata keçirilir və hər hansı bir risk qarşısında müştəriyə tam qorunma təmin edilir. Bu yanaşma, daşınmanın hər mərhələsində müştərilərimizə əlavə təhlükəsizlik və əminlik verir.