Hava yolu yükdaşıma
Hava yolu yükdaşıma
Express Freight Services Beynəlxalq Yük Daşımaları Şirkəti, müxtəlif növ və ölçüdə yüklərin – standart, çox qiymətli, qabaritli, ağır çəkili və təhlükəli yüklərin – hava yolu ilə yüksək keyfiyyətlə və sürətlə daşınmasını təmin edir. Şirkət, dünya miqyasında əməkdaşlıq etdiyi beynəlxalq partnyorları vasitəsilə, yükləri ən qısa müddətdə, sərfəli qiymətlərlə və yüksək keyfiyyətlə istənilən nöqtəyə çatdırma imkanı yaradır. Express Freight Services, həmçinin, UPS-in Azərbaycandakı rəsmi tərəfdaşı olaraq müştərilərinə sürətli və etibarlı yükdaşıma xidmətləri təqdim edir.


Express Freight Services və Hava Yolu Yükdaşımaları
Şirkət hava nəqliyyatı sahəsində Lufthansa, AZAL, Turkish Airlines kimi böyük aviaşirkətlərlə əməkdaşlıq edərək müştərilərinə geniş bir xidmət çeşidi təklif edir. Müştərinin tələbinə uyğun olaraq, Express Freight Services Beynəlxalq Yük Daşımaları Şirkətinin peşəkar komandası, yükləri gündəlik avia və çarter reysləri ilə qəbul edən aeroportlara təhlükəsiz və sürətli şəkildə çatdırır. Eyni zamanda, bütün gömrük və sənədləşdirmə prosedurlarını da yüksək səviyyədə həyata keçirir.
Express Freight Services, həm ölkə daxilində, həm də xarici ölkələrdə yüklərin aeroportlardan təyinat nöqtələrinə çatdırılması üçün özünə məxsus nəqliyyat vasitələri və dünya üzrə əməkdaşlıq etdiyi daşımaçılıq şirkətləri ilə hər zaman sürətli və etibarlı xidmət göstərir.
Nəzərdə Tutulan Logistika Programının Təşkili (Yükləmə / Boşaltma, Qablaşdırma, Toplama Və Anbarlama, Sənədləşdirmə)
• Təhlükəli yüklər üçün
• Geyim və lüks mallar üçün
• Avto hissələri üçün
• Neft və Qaz Sənayesi üçün nəzərdə tutulan yüklər üçün
• Әczaçılıq yükləri üçün
• Qiymətli metal yüklər üçün
• Qida üçün